Azərbaycan Prezidenti İlham Əliyevin əfv fərmanında müsavatçıların və NİDA-çıların adına rast gəlinmədi. Ancaq yaxın gələcəkdə imzalanacaq növbəti fərmanlarla onların da azadlığa çıxacağına inanılır. Qeyd edək ki, həbsdə saxlanılanlardan Tofiq Yaqublu eyni zamanda “Yeni Müsavat” qəzetinin köşə yazarıdır.
Yenicag.az-a bu barədə danışn“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu əfv fərmanını müsbət qiymətləndirdiyini və Tofiq Yaqublunun da azadlığa çıxacağına inandığını bildirib: “Əfv fərmanını müsbət addım kimi təqdir edirəm. Lakin istərdim ki, orada daha çox siyasi dustağın adı olaydı. O cümlədən də köşə yazarımız Tofiq Yaqublunun. Lakin bu olmadı, ümid edirəm ki, növbəti sərəncamla Tofiq bəy də azadlığına qovuşacaq”.
Kamran