Tofiq Yaqublu həbs olundu

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu inzibati qaydada həbs olunub.

Yenicag.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozub.

Səbail Rayon Məhkəməsinin qərarı ilə xırda xuliqanlıqda ittiham olunan T.Yaqublu 30 sutka inzibati qaydada həbs olunub.