Tofiq Yaqublu ilə bağlı YENİ XƏBƏR

Bu gün müxalif siyasətçi, Müsavat partiyası və Milli Şuranın üzvü olan Tofiq Yaqublu 2il 6 ay sınaq müddəti olmaqla şərti azadlığa buraxılıb.

Yenicag.az xəbər verir ki, bu barədə siyasətçinin qızı Nigar Həzi şəxsi “Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, sentyabrın 3-ü 2020-ci il tarixdə Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarmışdı.