Nərimanov Rayon Məhkəməsində Tofiq Yaqublunun həbs qətimkan tədbirinin uzadılması işinə baxılıb.
Yenicag.az report-a istinadən xəbər verir ki, onun barəsində 2 ay həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, o, ötən il dekabr ayının 14-ü saxlanılıb. T.Yaqublu külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə, rəsmi sənədləri saxtalaşdırmaqda və bilərəkdən saxta sənədlərdən istifadə etməkdə ittiham olunur.
Onun barəsində ötən ilin dekabr ayında Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.