“Togg” bu ölkənin də prezidentinə verildi – FOTO / VİDEO

Türkiyənin ilk yerli elektrik avtomobili olan “Togg” Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim olunub.

Yenicag.az xəbər verir ki, avtomobili Mirziyoyevə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank təqdim edib.

Göy rəng avtomobilini təhvil alan Mirziyoyev Prezident Ərdoğana təşəkkür və salamlarını çatdıraraq bildirib:

“Mən bu hədiyyənin mənasını bilirəm. Bu, türk dövlətlərinin dünyada uğuru kimi yazılacaq. Bu, Türkiyənin nələr edə biləcəyinin göstəricisidir. Ata-baba yurdunuzun qapıları üzünüzə hər zaman açıqdır”.

COP29