Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Toğrul Allahverdili: “Biz artıq atəşkəsə qarşıyıq”

Azərbaycan-Türkiyə Evi Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində nənə və nəvənin ölümünə münasibət bildirib.

Təşkilatın icraçı direktoru Toğrul Allahverdili AFN-ə açıqlamasında ATƏT-in Misk Qrupunun fəaliyyətini pisləyib: “Bu məsələni sərt şəkildə pisləyirik. Tələb edirik ki, ATƏT-in Minsk Qrupu olaya ədalətli mövqe sərgiləməlidir. 25 ildir ki, bu qurum səmərəsiz fəaliyyət göstərir. Ola bilər ki, Ermənistan tərəfinə dəstək göstərib, amma bizə münasibətdə heç bir dəstəkdən söhbət getməyib. Qoy dünya heç olmasa 2 yaşlı körpənin ölümünə biganə qalmasın. Biz Azərbaycan-Türkiyə Evi olaraq, xüsusən Türk dünyasını bu məsələ ilə bağlı susmamağa, qəti şəkildə mövqe sərgiləməyə çağırırıq. Çünki dünyadakı istənilən müharibəsinə baxanda körpə qətlləri vəhşilik hesab edilib. Ancaq Ermənistan ibrət götürmür və körpələrin öldürülməsinə ara vermir. Bu, dünyaya və insanlığa qarşı baş vermiş terrordur. Dünya bu məsələyə münasibət bildirməli, xüsusilə də erməni terrorunun başında duran qatil Sarkisyan rejimi bu məsələdə cavabdeh olmalıdır. Sarkisyan başı ilə cavab verməlidir ki, körpələrin nə günahı vardı. Müharibə ordu ilə aparılmalıdır, amma erməni terrorçuları öz acizliklərini göstərir körpələrə qıyırlar. Biz dünyadan tələb etməliyik ki, bu vandalizmə, bu ədalətsizliyə son qoyulsun, uşaq qatilləri cavab versin. Hər bir beynəlxalq təşkilat bu məsələnin cavabını verməlidir. Biz hesab edirik ki, Azərbaycan Milli Ordusu da qanı qanla yumalıdır. Biz artıq atəşkəsə qarşıyıq. Ordumuz cavab zərbələri endirməlidir, həm də artıqlaması ilə”.

T.Allahverdili üzünü xaricdə yaşayan azərbaycanlılara və türklərə tutaraq baş vermiş vandalizm aktı ilə bağlı məlumatların yayılması üçün əlindən gələni əsirgəməməyə çağırıb: “Rusiyadakı soydaşlarımız da etiraz aksiyaları keçirməlidirlər. Əlində imkan olan bütün azərbaycanlılar dünyaya səs salmalı, erməni vəhşiliyini beynəlxalq ictimaiyyətə duyurmalıdırlar”.

Yenicag.az

www.yenicag.az

421
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM