Azərbaycanın sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov 17 aprel 2018-ci ilədək diskvalifikasiya olunub.
Yarışlardan kənarda götürülmüş dopinq-test nəticəsində onun orqanizmindən higenamin preparatı tapılıb ki, bu da Ümumdünya Antidopinq Agentliyi tərəfindən qadağan olunub.
Yeniçağ.Az saytına açıqlama verən Olimpiya çempionu məsələdən xəbərsiz olduğunu bildirib:
“Uzaqlaşdırılmışam? 1 illik? Bunu sizdən eşidirəm. Mən dopinqdən istifadə etməmişəm axı. Elə olsaydı, 4 il müddətinə yarışlardan uzaqlaşdırılardım. Mənim İslam Həmrəyliyi Oyunlarında yarışmayacağım 5 ay əvvəldən bəlli idi. Çünki boynumdam əməliyyat olunacam”.
Emin
Yeniçağ.az