Tokayev Azərbaycana gələcək

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev noyabrın 24-də Azərbaycana işgüzar səfərə gələcək.

Yenicag.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, dövlət başçısı BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Bakıda keçiriləcək sammitində iştirak edəcək.