Qazaxıstan Prezidenti Qasım Cömərd Tokayev Azərbaycana səfər edəcək.
Yenicag.az xəbər verir ki, bu barədə “Akorda”nın yaydığı məlumata görə, səfər avqustun 24-nə planlaşdırılır.
Səfər çərçivəsində iki ölkə arasında bir neçə sənədin imzalanması da gözlənilir.