Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Tokayev Azərbaycanla münasibətlərin vacibliyini anlayır” - İlqar Vəlizadə

Reklam: Sinerji Pro

“Nazarbayevin başladığı proseslər Tokayevin vaxtında daha da sürətləndiriləcək”.

Bu fikirləri Yenicag.ru-ya açıqlamasında Qazaxıstanda keçirilmiş son prezident seçkilərindən sonra Astananın ümumi siyasətində gözlənilən dəyişiklikləri şərh edən politoloq İlqar Vəlizadə deyib. İlqar Vəlizadənin fikrincə, hazırda Qazaxıstanda prezident-parlament üsul-idarəsinin oturuşdurulması prosesi gedir:

“Tokayevin prezident seçilməsi Qazaxıstanın əvvəlki xarici siyasətini davam etdirəcəyini göstərir. Eyni zamanda, Qazaxıstanda hakimiyyət dəyişikliyinin təbii proses şəklində baş verdiyi də nəzərə alınmalıdır. Bir nəsil digər nəsli əvəz edir. Bu gün, yeni prezidentin seçilməsi ilə Qazaxıstanda siyasi üsul-idarənin dəyişdirilməsi prosesi sürətlənəcək. Xüsusilə də, Dariqa Nazarbayevanın parlament spikeri seçilməsindən sonra bunu əminliklə söyləmək olar. Bu, onu göstərir ki, proses gələcəkdə institusional qaydada davam etdiriləcək. Eyni zamanda, Tokayev özü də siyasi quruluşun təkmilləşdiriləcəyini anons edib. Yəni Tokayevin president seçilməsi Nazarbayevin təşəbbüsü ilə başlanan prosesi daha da sürətləndirəcək. Nazarbayev özü də vəzifədə – Milli Təhlükəsizlik Komitəsinin sədri postunda olacaq”.

İ.Vəlizadə onu da əlavə edib ki, hazırki vəziyyətdə Qazaxıstanın siyasətində müəyyən balanslaşdırıcı addımlar müşahidə olunur: “Qazaxıstan yeni mühitdə uzun illərdir, ehtiyac duyduğu stabilliyə nail ola bilər. Azərbaycan-Qazaxıstan əlaqələrinə gəldikdə isə onu deyə bilərəm ki, Tokayev yeni siyasətçi deyil, təcrübəli diplomatdır. Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsində Tokayevin də rolu var. O, vaxtilə Qazaxıstanın xarici işlər naziri olub və ikitərəfli əlaqələrin detallarını çox yaxşı bilir”.

Hazırladı: Anar Hüseynov
Tərcümə: Pərviz Mustafa

www.yenicag.az

3799
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM