Qazaxıstan və Azərbaycan prezidentləri arasında telefon danışığı olub.
Yenicag.az xəbər verir ki, bu barədə Tengrinews.kz nəşri məlumat yayıb.
Telefon danışığı zamanı Kasım-Jomart Tokayev V Ümumdünya Köçəri Oyunlarına nümayəndə heyətini göndərdiyinə görə İlham Əliyevə minnətdarlığını bildirib. Tokayev strateji tərəfdaşlıq ruhunda ikitərəfli ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlığın yüksək dinamikasını qeyd edib.
Qazaxıstan prezidenti iki ölkə xalqlarının daha da yaxınlaşması üçün sentyabrın sonunda Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsinin vacibliyini vurğulayıb.
www.yenicag.az