Tokayev növbədənkənar prezident seçkilərinin vaxtını açıqladı

Qazaxıstanda növbədənkənar prezident seçkilərinin keçiriləcəyi vaxt bəlli olub.

Yenicag.az “Akorda”ya istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Qasım Cömərd Tokayev xalqa müraciətində qeyd edib.

O bildirib ki, növbədənkənar prezident seçkiləri 2022-ci ilin 20 noyabrında keçiriləcək.

“Bu seçkilər bütün siyasi sistemin yenidən qurulmasına gətirib çıxaracaq”, – deyə Tokayev bildirib.