!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tokayev seçkisonrası ixtişaşlardan danışdı: “Araşdırılır...”

!Reklam – Yazi

Qazaxıstanın yeni lideri iyunun 9-da keçirilmiş prezident seçkilərindən sonra baş verən ixtişaşların səbəbini açıqlayıb.

Yenicag.az Euronews-a istinadən xəbər verir ki, Qazaxıstanda ötən həftə keçirilmiş prezident seçkilərindən sonra ölkənin Nur-Sultan, Almata, Şımkent kimi böyük şəhərlərrində başlayan etiraz aksiyaları hələ də səngiməyib. Müstəqil mənbələrin məlumatına görə, etiraz aksiyalarını dağıdan polis qüvvələri yüzlərlə iştirakçını həbs edib.

Qazaxıstanın yeni prezidenti Jomart-Kasım Tokayev baş verən ixtişaşlarda irəli sürülən tələblərin sosial xarakter daşıdığını deyib: “Əlbəttə, bəzi seçki məntəqələrində səhv hesablamalar olub. Məsələ barədə araşdırma aparıılır. Etirazçılara gəldikdə, biz onların tələblərini öyrənərək müəyyən tədbirlər həyata keçirəcəyik. Tələblər sosial xarakter daşıyır”.

www.yenicag.az

2342
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv