Tokio-2020: Azərbaycan ilk gümüş medalını qazandı

Tokio-2020 Yay Olimpiya Oyunlarında 75 kiloqramadək çəki dərəcəsində finala yüksəlmiş azərbaycanlı karateçi Rəfael Ağayev italiyalı Luici Buza qarşılaşıb.

R.Ağayev hesabı ilə rəqibinə məğlub olub. Bununla da o, Azərbaycan adına Olimpiya Oyunlarının ilk gümüş medalını qazanıb.

Xatırladaq ki, karateçi qrup mərhələsində 3 qələbə, 1 məğlubiyyətlə 6 xal qazanaraq yarımfinala mərhələsinə yüksəlmişdi, yarımfinalda isə macarıstanlı rəqibini üstələmişdi.

***

Tokio-2020 Yay Olimpiya Oyunlarında 75 kiloqramadək çəki dərəcəsində azərbaycanlı karateçi Rəfael Ağayev yarımfinal mərhələsində macarıstanlı karateçi Qabor Harspataki ilə üz-üzə gəlib.

R.Ağayev rəqibini 7:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

Xatırladaq ki, karateçi qrup mərhələsində 3 qələbə, 1 məğlubiyyətlə 6 xal qazanaraq yarımfinala mərhələsinə yüksəlmişdi.