!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Tokio-2020" - Bu gün 10 idmançımız mübarizə aparır- YENİLƏNİR

!Reklam – Yazi

Qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan güllə atma yarışlarında mükafatçılar müəyyənləşib.

251,8 bal toplayan Çin idmançısı Tsyan Yan fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yan bu göstərici ilə yeni olimpiya rekordu müəyyənləşdirib.

Rusiya güllə atıcısı Anastasiya Qalaşina 251,1 balla gümüş medal qazanıb. Üçüncü yeri isə 230,6 bal yığan isveçrəli Nina Kristen tutub.

***

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Tokio Yay Olimpiya Oyunlarında ilk çıxışını uğursuz başa vurub. 

İslamiadanın qalibi 10 m məsafəyə atəşaçmada mübarizəni təsnifat mərhələsində dayandırıb.

Təmsilçimiz 6 atışdan 574 xal toplayıb və yarışı 20-ci pillədə bitirib.

Qeyd edək ki, Lunyov 25 m məsafəyə atəşaçmada da hədəf özünə keçəcək. Bu, avqustun 1-nə təsadüf edəcək.

***

Tokio-2020 Yay Olimpiya Oyunlarında cüdo yarışlarına start verilib.

60 kq çəki dərəcəsində yarışan Kəramət Hüseynov yarışa qələbə ilə başlayıb.

Təmsilçimiz 1/16 finalda Böyük Britaniya idmançısı Eşli Makkenzi ilə qarşılaşıb və rəqibini məğlub edib.

Kəramət 1/8 finalda Gürcüstan təmsilçisi Luxumi Çxvimiani ilə üz-üzə gələcək.

***

Cüdo üzrə qadınlarında yarışında Aişə Qurbanlı (48 kq) ilk görüşdəcə mübarizəni dayandırıb. O, 1/16 finalda portuqaliyalı Katarina Koştaya uduzub.

***

Kəramət Hüseynov 1/8 finalda gürcü rəqibinə ipponla məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, Azərbaycan Tokio-2020-də 9 cüdoçu ilə təmsil olunur.

***

Azərbaycan velosipedçisi Elçin Əsədov “Tokio-2020” Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb. Finişə çata bilməyib.

Qeyd edək ki, yarışda 57 ölkədən 130 velosipedçi birincilik uğrunda mübarizə aparır.

***

Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk qızıl medalın sahibi müəyyənləşib.

Qadınlar arasında 10 metr məsafəyə atıcılıq (pnevmatik tüfəng) yarışlarında çinli Yang Qin 251,8 nəticə ilə bütün rəqiblərini qabaqlayıb.

Ondan cüzi fərqlə (251,1) geri qalan rusiyalı Anastasia Qalaşina gümüş medala sahib çıxıb. 230,6 nəticə göstərən isveçrəli Nina Kristen isə bürünc medala sahib çıxıb

***

İyulun 23-də “Tokio-2020” Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi keçirilib.

Olimpiadanın ikinci günündə – iyulun 24-də Azərbaycanın 10 idmançısı mübarizəyə qoşulub.

Atletlərimiz idmanın altı növündə güclərini sınayır.

Olimpiadanın ikinci günündə üç boksçumuz rinqə çıxacaq. Belə ki, Tayfur Əliyev (57 kq) vyetnamlı Duonq van Nguyen, Lorenso Sotomoyor (69 kq) gürcüstanlı Eskerxan Madiev, Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) Bəhreyn idmançısı Denis Latipov ilə qarşılaşacaq.

Kişilər arasında idman gimnastikası yarışlarında ölkəmizi İvan Tixonov təmsil edəcək.

Velosiped idmanının şosse növündə təmsilçimiz Elçin Əsədov medallar uğrunda mübarizə aparacaq.

On metr məsafəyə tapançadan güllə atma yarışlarında Azərbaycanı Ruslan Lunyov təmsil edəcək.

Cüdo yarışlarının ilk günündə iki idmançımız tatamiyə çıxacaq. Kişilərin yarışında mübarizə aparacaq Kəramət Hüseynov (60 kq) Eşli MakKenzi (Böyük Britaniya) ilə üz-üzə gələcək. Qadın cüdoçumuz Aişə Qurbanlı (48 kq) isə portuqaliyalı Katarina Kosta ilə qarşılaşacaq.

Üzgüçülük yarışlarında iki idmançımız qüvvəsini sınayacaq. Maksim Şemberev 400 metr məsafəyə qarışıq, Məryəm Şeyxəlizadəxangah isə 100 metr məsafəyə batterflay yarışlarında mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur.

www.yenicag.az

496
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv