!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Qarabağ FC

Tokio-2020-də Azərbaycanı təmsil edəcək paracüdoçuların adları açıqlandı

Reklam: High Technic

Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanmış paracüdoçuların adları açıqlanıb.

Milli Paralimpiya Komitəsindən Oxu.Az-a verilən məlumata görə, reytinq xalı qazandıran yarışlarda yüksək nəticələr əldə etmiş altı kişi və beş qadın paracüdoçumuz Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında iştirak hüququnu qazanıblar.

Kişilər:

Vüqar Şirinli (-60 kq)
Namiq Abaslı (-66 kq)
Ramil Qasımov (-73 kq)
Hüseyn Rəhimli (-81 kq)
Kənan Abdullaxanlı (-100 kq)
İlham Zəkiyev (+100 kq)

Qadınlar:

Şəhanə Hacıyeva (-48 kq)
Bəsti Səfərova (-52 kq)
Sevda Vəliyeva (-57 kq)
Xanım Hüseynova (-63 kq)
Dürsədəf Kərimova (+70 kq)

Bununla Milli Paralimpiya Komandasının Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına qazanılmış lisenziyaların sayı 31-ə çatıb. Onlardan 11-i cüdo, 8-i atletika, 4-ü parataekvando, 3-ü üzgüçülük, 3-ü pauerliftinq və 2-si güllə atıcılığı növündəndir.

Xatırladaq ki, Rio-2016 Yay Paralimpiya Oyunlarında ölkəmiz altı kişi və bir qadın olmaqla ümumilikdə yeddi paracüdoçu ilə təmsil olunurdu.

Rio-2016 XV Yay Paralimpiya Oyunlarına Azərbaycan milli komandası 22 idmançısı lisenziya qazanmışdır.

www.yenicag.az

221
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100