Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda matçda Ermənistandan olan rəqibi Karapet Çalyana qalib gəlib.
Yenicag.az-ın məlumatına görə, R.Hüseynov 77 kiloqram çəki dərəcəsində 4-1 hesabı ilə rəqibini üstələyib.
Bu, Azərbaycanın Yay Olimpiya Oyunlarında qazandığı 3-cü bürünc medal olub.
Bundan əvvəl, cüdoçu İrina Kindzerskaya və boksçu Loren Alfonso Dominges bürünc medalla mükafatlandırılıb.