Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının keçiriləcəyi yeni tarixi açıqlanıb.
Yenicag.az Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, Olimpiya Oyunları 2021-ci il 23 iyul – 8 avqust, Paralimpiya Oyunları isə 24 avqust – 5 sentyabr tarixlərində keçiriləcək.