Tokio olimpiadası təxirə salındı – RƏSMİ

Tokio-2020 Yay Olimpiya Oyunları təxirə salınıb.

Yenicag.az IOC-un rəsmi saytına istinadən xəbər verir ki, koronavirus infeksiyasına görə olimpiya oyunlarının 2021-ci ildə keçirilməsi qərarlaşdırılıb.

Qeyd edək ki, Yaponiya paytaxtında olimpiada bu il 24 iyul – 9 avqustda keçirilməli idi.