Tolik 7 il onunla küsülü imiş: “Başqasının xanımını alçalt, …” – VİDEO

Prodüser Tarix Əliyev aparıcı Yusif Ağayevlə küsülü olduğunu bildirib.

Yenicag.az xəbər verir ki, Tolik bunu ilk dəfə olaraq Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verilişində etiraf edib:

“Mən özümə qadağalar qoymuşam, çünki həftədə beş dəfə veriliş aparıram, məsuliyyətim var. Keçən dəfə başqa bir kanalda çalışan Yusif (Ağayev-N) gözəl bir söz dedi. Baxmayaraq ki, mən onunla 7 ildir ki, danışmıram, amma sözünü dəstəklədim. O dedi ki, reytinq xatirinə əndazəni aşmaq olmaz. Düz deyir, efirdə dombalaq aş, başqasının xanımını alçalt, nə var reytinq qazanacaqsan. İnsanlar da belə şeylərdən bezir”.

Nehru