!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tolik məşhur müğənnini biabır etdi: “Başqa kişilərin hesabına…”- VİDEO

!Reklam – Yazi

Prodüser Tolik Türkiyədə ailə quran müğənnilərin ünvanına kəskin fikirlər səsləndirib.

Yenicag.az xəbər verir ki, Tolik Xəzər Televiziyasında yayımlanan “Hər şey daxil” verilişində müğənni Lamiyə Novruzova və digər sənətçiləri yıxıb-sürüyüb:

“Ay xanım, siz Türkiyədə ərdəsiniz? Üç gündən bir şou aləmini daşa basırsınız ki, bəzi müğənnilər kimi başqa kişilərin hesabına sənətdə qalmaq istəmirəm. Heç səndən soruşan var ki, ayın neçəsidir? Heç kim də sənə cavab vermir, çünki səni ciddi saymırlar. Sənin sənətin varsa, niyə Türkiyədə oturmusan? Gəl, sənətinlə gündəmdə qal. Heç kimi bəyənmirsən. Deyirsən o sənətə pis yolla gəlib, bu sənətə kişilərin hesabına gəlib. Allah səni xoşbəxt eləsin, həmişə ər çörəyi yeyəsən. Düzdür, Türkiyəyə ərə gedən bir çox müğənnilər yaman sinələrinə döyürlər ki, biz ömürboyu namusla, qeyrətlə oturub, ər çörəyindən başqa heç bir kişinin çörəyini yeməmişik. Yazıq Aygünlə Röya həmişə daş-qalaq olunublar. Onlar amma başqa kişinin çörəyini yeyiblər, onlar da yanlarında olub”.

Nehru

www.yenicag.az

4521
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv