Tolik od püskürdü: “İstəyirsən get lap təyyarədə…”

Tanınmış prodüser Tarix Əliyev qəzəblənib. Onu özündən çıxaransa, “Zuhal Topalla izdivac” verilişində özünə ər axtaran azərbaycanlı Nazın ölkəmiz barədə danışmasıdır.

Yenicag.az-a açıqlama verən Tolik od püskürüb:

“Anası ilə canlı yayımda oturub, Azərbaycan haqqında danışır, onu-bunu söyür. Sən niyə söyürsən axı Azərbaycan xalqını? Sənə kim verib bu haqqı? Oturmusan “Zuhal Topalla izdivac”verilişində özünə ər axtarırsan, əcəb edirsən. Özün nə istəyirsən elə, lap dediyin kimi get təyyarədə fahişəlik elə… Heç kimin adından danışma. Sənə kim ixtiyar verib ki, xalqın qızlarına “fahişə” deyəsən. Amma insanlardan əl çək. Mən ondan dövlət orqanlarına şikayət edəcəm. Nazın Azərbaycan üçün hansı uğuru var axı, nə vaxt bayrağımızı qaldırıb, başımızı uca edib, hansı daşı-daş üstünə qoyub, niyə axı bəzi jurnalistlər onu təbliğ edir? Nazkimilər gedib Türkiyədə bizi biabır edir, ona “sus” deməyin vaxtı gəlib çatıb”.

Cəvahir

COP29