Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Qarabağ FC

Tolikdən ETİRAF: “O müğənniləri “toylar”dan vurmuşam”

“Vaxtilə danışmadığım müğənnilər olub ki, toy bazarından vurmuşam. Amma televiziya atamın evi deyil”.

Bunu “Küsülü olduğunuz müğənniləri verilişinizə dəvət edirsizmi?” sualına cavab olaraq tanınmış prodüser və aparıcı Tolik (Tarix Əliyev) Yenicag.az-a açıqlamasında deyib.

Tolik vaxtilə verilişinə gəlməyən müğənnilər barədə də danışıb:

“Heç vaxt işlə şəxsi kaprizlərimi bir tutmuram. Vaxtilə danışmadığım müğənnilər olub, onları toy bazarından vurmuşam. Amma televiziya atamın evi deyil. Evimə istədiyim adamı çağıra, istəmədiyim adamı dəvət etməyə bilərəm. Televiziya elədir ki, danışmadığım qonaq gələ bilər. Məcburam ki, orada gözəl və mehriban bir ab-hava yaradım. Qonaqla küsülü olub-olmamağımın tamaşaçıya, və ya o müğənninin auditoriyasına heç bir dəxli yoxdur. Elə kaprizlərlə yaşamamışam ki, işlədiyim telekanalda hansısa müğənnini verilişə qoymayım. Bu, düzgün deyil. Amma bəzi aparıcılar var ki, bunu edirlər. Xəzər TV-də üç ilə yaxın verilişim oldu, elə müğənnilər var ki, verilişə gəlmədilər. Çünki səmimi olmayacaqdılar. Onlar kişi də olsalar, içərilərində qadın harmonları var, ancaq tərif xoşlayırlar. İstəmirlər onlara irad tutasan, yaxud da hansısa işləri barədə danışasan. Bəlkə ona görə də özləri mənim efirimə gəlməyiblər. Kompleksləri var. Çünki onları tamaşaçılardan çox mən daha yaxından tanıyıram. Nə olduqlarını bildiyim üçün mənim verilişimə dəvət almayıblar. Alıblar da gəlməyiblər. Elə xanımlar da olub ki, verilişimə özləri gəlməyiblər, sıxılıblar”.

Cəvahir

www.yenicag.az

175
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100