Tolikdən kişi aparıcılara ATMACA: “Üzlərini, elə qırxırlar ki…”

“Bəzi kişi aparıcılarımız var, üzlərini, büğlarını ülgüclə ilə elə qırxırlar ki, çopurları görünür”.

Bunu tanınmış prodüser və aparıcı Tarix Əliyev (Tolik) efirə saqqallı çıxmağın əleyhinə olan məşhur diktor və sənətçilərin fikirlərinə münasibət bildirərkən Yenicag.az-a açıqlamasında deyib.

Tolik aparıcı və sənətçilərin saqqal saxlamağında heç bir qəbahət görmədiyini bildirib, amma bir şərtlə ki, onlara yaraşsın:

“Bəzi aparıcı və aktyorlar sovet dövrünün senzurasına uyğun olaraq danışırlar və ona görə də efirə saqqallı çıxmağın əleyhinədirlər. 2000-ci illərin ortalarından saqqal saxlamaq dəb halını alıb və bu, bir çoxuna da yaraşır. Məsələn, Zaur Baxşəliyev, Şəhriyar Əbilov, müğənni Zamiqə saqqal çox yaraşır. Yəni saqqalın yaraşıb-yaraşmaması üz cizgilərindən asılıdır. Elə aparıcılar da var ki, onlara saqqal saxlamaq yarşmır. Bəzi kişi aparıcılarımız da var ki, üzlərini, bığlarını ülgüclə elə qırxırlar ki, çopurları görünür. Efir estetikası deyilən bir şey var, hər şey ona uyğun olmalıdır. Türkiyədə də efirə saqqallı çıxan aparıcılar var. Bizdə də saqqal kişilərə yaraşırsa, niyə də saxlamasınlar. Amma elə məqamlar var ki, mən də razılaşmıram. Məsələn, bəziləri var saqqalın qırağından “kant” vurur, onu eybəcər hala gətirirlər”.

Qeyd edək ki, bu günlərdə tanınmış aktyor Natiq Fərzəliyev saytımıza açıqlamasında efirə saqqalla çıxmağın efir mədəniyyətinə zidd olduğunu və bunun estetik baxımdan yaxşı görünmədiyini bildirib.

Cəvahir