Tolikdən oruc tutan MƏŞHURLARA: “Araq içib haramla dolanan 30 gündə mələyə çevrilir”

“Şou-biznesdə tanınan insanları nəzərdə tuturam, ilin 365 gününün 335 gününü qeybət edib araq-viski içən, kasıbın pulunu basıb yeyən, haramla dolanan, efirə çıxıb insanlara acıq verənlər 30 günün içində mələyə çevrilirlər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış prodüser və aparıcı Tolik (Tarix Əliyev) deyib.

O, oruc tutan məşhur simalarla bağlı sərt fikirlər səsləndirib:

“Onlar öz aləmlərində düşünürlər ki, 30 gün oruc tutmaqla Allah onların bütün pisliklərini bağışlayacaq. Belə bir şey yoxdur. Allah qəlbləri görəndir. Mən bu tanınmışların görməmişcəsinə oruc tutmaqlarını görürəm. İftar vaxtı videolar çəkib paylaşırlar, deyirlər, Allah orucumuzu qəbul etsin, Allah günahlarımızı bağışlasın…

Elə yaşamalıyıq ki, Allah bizim etdiyimiz günahlarımızı nəinki oruc tutduğumuz zaman, ümumi yaşadığımız zaman da bağışlasın. Elə insanlar var ki, orucu Allah xatirinə tutur. Amma bəzi şou-biznes adamları, müğənnilər, aktrisalar görməmişcəsinə oruc tutur. Bəzi qadın müğənnilər var, beynində bir şey fikirləşir ki, orcu tutum, bir az arıqlayım. Oruca diyet kimi baxır. Necə ki namaz qılanda müğənnilər bunu toyda, ya hansısa məkanda məxsusi elan edir ki, namazımın vaxtıdır, gedim qılım. Sanki Allahla rabitəni hamıya yaymalıdırlar, guya bunlar namaz qılırlarsa, çox müqəddəsdirlər. Bəzi imkanlı adamlar da var ki, acından yatmayan qapı qonşusundan xəbəri yoxdur. Amma 10-20 dəfə həccə gedib-gəlir, amma ətrafında ac körpələrin qarnını doyurmur. Ramazan ayında da əyləncələrindən bir az uzaq dururlar, oruc tuturlar. İftardan sonra isə yenə də əyləncələrinə davam edirlər. Qəlbləri görən Allahdır. Hərə öz bildiyi kimi oruc tutur”.

Cəvahir