!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tolikdən Zaur Kamala: “Bu, tərbiyəsizlikdir” - FOTO

!Reklam – Yazi

Zaur Kamalın Cənubi Azərbaycandan olan müğənni Afşin Azərini proqramdan qovması həmkarı, prodüser və aparıcı Tarix Əliyevi də qəzəbləndirib.

Yenicag.az xəbər verir ki, Tolik Zaurun bu hərəkətini tərbiyəsizlik kimi dəyərləndirib:

“Mən burada özümə nə reklam, nə də xal qazanmaq fikrindəyəm. Amma onu bilirəm ki, İranda Azərbaycan qanı daşıyan 40 milyon azərbaycanlı var. Onlar bizi hər zaman özlərindən bilirlər.

Mən Afşini dəfələrlə efirimə dəvət etmişəm. Zaur da bu gün növbəti dəfə Afşini öz verilişinə dəvət edib. Amma illərlə televiziyada öz tamaşaçı kütləsini yığan və özü dediyi kimi, İranda yaşayan həmvətənlərimizin izlədiyi bir verilişdə azərbaycanlı olsa da, ölkəmizdə qonaq olan tanınmış bir sənətçini canlı efirdən qovmaq tərbiyəsizlikdir.

Sabah İranda yaşayan erməni deyəcək ki, bəs deyirdiniz öz vətənimizdir?! Vətəninizdə sənətçinizi efirdən qovurlar.

Afşin, mən öz adımdan deyim ki, sən tərbiyən və səbrinlə bir çoxuna nümunə oldun! Yaşa! Bir də çox yaxşı dedin, kişi arasında olan söz elə kişi arasında qalar”.

Cəvahir

www.yenicag.az

1282
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv