Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Tolikin 18+ görüntüsünü yayan kanal işçiləri qovuldu - Qalmaqal

Prodüser Tarix Əliyevin (Tolik) əməkdar artist Röyanı söyməsi, eyni zamanda çəkiliş meydanında səsləndirdiyi təhqiramiz ifadələrin sosial şəbəkədə yayılması cəmiyyətdə müzakirə mövzusu olub. 

Yenicag.az-ın əldə etdiyi məlumata görə, yayılan söyüşdolu video telekanalda da narazılıqla qarşılanıb. Videogörüntülərin yayımından sonra  müəyyən olunub ki, görüntülər telefonla deyil, fotokamera ilə lentə alınıb. Özü də konkret olaraq bir neçə deyil, bir proqramda çəkildiyi aşkarlanıb.

Hadisədə şübhəli bilinən “Hər şey daxil” verilişinin montajçısı və redaktoru işdən qovulub.

Mənbənin saytımıza verdiyi məlumata görə, əvvəlcə həmin şəxslərdən görüntüləri sosial şəbəkələrə ötürən şəxsin kimliyini açıqlamaqları tələb edilib . Onlar bu barədə məlumatsız olduqlarını deyiblər. Nəticədə sözügedən şəxslər işdən qovulub. Gecə montajçısı isə sonradan işə qaytarılıb. Telekanal hələ də görüntünü yayan işçinin kimliyini araşdırır.

Cəvahir

www.yenicag.az

4979
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100