Tolikin yıxıb-sürüdüyü əkizlərin evində ŞADYANALIQ

Tolik aparıcısı olduğu “Hər şey daxil” verilişində müğənni Sevinc-Sevil bacıları ilə küsülü olduğu barədə açıqlama verib:

“Əvvəl dost olmuşuq, indi “salamımız” yoxdur. O demək deyil ki, hər zaman onları tərifləməliyəm”.
Prodüser bu incikliyin səbəbini Röya ilə əlaqələndirib:

“Səmimilikdən danışırlar. Amma Röya Ayxana görə mənimlə münasibəti korlayıblar. Üç gün bundan əvvəl Röyanın mahnısını oxuyub, paylaşıb, onu işarələmisiniz. Bu, nə qədər səmimidir? Məni sosial şəbəkədə Röyaya görə izləmədən siliblər. Özünüzü Röya ilə bir tutmanız səmimidir? Röya bu qədər işlər görüb, konsertlər verib. Siz hələ bir böyük məkanda konsert verməmisiniz. Bir dəfə Moskvada konsert vermisiniz. Məni ittiham edirsən ki, əvəzimə efirə Röyanı çağırırsan, sonra onun mahnısını paylaşırsan”.

Məsələ ilə bağlı bacılarla əlaqə saxlamaq cəhdimiz boşa çıxdı. Əvəzində isə onların prodüseri danışdı. Mehri Əliquliyeva Yenicag.az-a açıqlamasında bunları dedi:

“Bu dəqiqə bacıların başı qarışıqdır. Qardaşlarının oğlu dünyaya gəlib. Onu xəstəxanadan çıxarıb, evlərinə aparıblar. Bu dəqiqə qohum-əqrəba yığışıb, şadyanalıq edirlər. İndi bu sözləri deyib, onların qanını qaralda bilmərəm”.

Cəvahir

COP29