Tolqahan Sayışman qəzaya düşdü

Türkiyəli məşhur aktyor Tolqahan Sayışman dostu ilə birlikdə qəzaya düşüb.

Yenicag.az türk mətbuatına istinadla xəbər verir ki, qəza aktyor İzmir şəhərindən qayıdarkən Yalova istiqamətində baş verib.

Avtomobili idarə edən aktyorun dostu qarşıda qəzaya uğrayan avtomobillə toqquşmamaq üçün manevr etmək istədikdə avtomobil aşıb. Tolqahan Sayışman və dostu qəzadan ciddi xəsarət almayıblar.