!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tonayana ən yaxşı cavab mərmi olardı - İlham İsmayıl

!Reklam – Yazi

Ermənistan müdafiə naziri David Tonoyan müharibə ab-havalı açıqlamalar verib.

Ermənistan müdafiə naziri Tonoyan yerli TV kanala müsahibəsində “Biz müdafiə mövqelərində qalmaq niyyətində deyilik. Söhbət hərbi əməliyyatların başlanmasından gedəndə, biz çox gözləməyəcəyik”, deyib. Müxbirin, “erməni ordusu hücuma keçəcək?”, dəqiqləşdirici sualına, Tonoyan, “Niyə də yox!” cavabı verib.

Erməni güc nazirinin səsləndirdiyi fikrə Azərbaycan Müdafiə Nazirliyindən isə belə cavab gəlib: “Tonoyan mülki şəxsdir və hərbi strategiyanın, daha dəqiq desək, müdafiə və hücumun nədən ibarət olduğundan tam anlayışı yoxdur. Azərbaycan Ordusunun bütün istiqamətlərdə erməni ordusundan üstün olduğunu və imkanlarının müqayisəedilməz olduğunu Tonayan özü etiraf edib. Yaxın gələcəkdə Ermənistan ordusunun Azərbaycan ordusunu nəinki ötüb-keçmək, hətta Ordumuzla heç bir sahədə müqayisə olunmaq perspektivi belə yoxdur”.

Tonoyanın səsləndirdiyi fikrə Azərbaycan tərəfinin cavabı birmənalı qarşılanmayıb.

Ermənistan müdafiə nazirinin səsləndirdiyi fikirlərə və Azərbaycan tərəfinin cavabına təhlükəsizlik eksperti İlham İsmayıl Yenicag.az-da münasibət bildirib.

İlham İsmayıl Azərbaycan MN-nin aqressiv cavab verməli olduğunu deyib:

“Tonoyanın açıqlaması Ermənistan dövlətinin mahiyyətini ortaya qoyur. Bu sözlər Ermənistanın işğalçılıq niyyətindən əl çəkməyəcəyinin rəsmi açıqlamasıdır. Azərbaycan tərəfi buna çox sərt şəkildə cavab verməli idi. MN-nin açıqlaması son dərəcə yumşaqdır”.

Ekspert bildirib ki, Tonayan müsahibə verdiyi gün Azərbaycan atəşkəsi pozmalı idi:

“Azərbaycan MN Tonayanın səsləndirdiyi fikirlərə cavab verməsə də olardı. Atəşkəsi pozub, onlara ağır zərbələr endirməli idilər. Bu da olardı erməni güc nazirinə cavab. Tonayana ən yaxşı cavab elə mərmi olardı. Güc göstərmədikcə vəziyyət dəyişməyəcək. Əgər düşmənə gücünü göstərmirsənsə, demək ki, zəifsən”.

Səxavət Məmməd

www.yenicag.az

3783
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv