Tonqada güclü zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ VAR

Sakit okeanın cənubunda yerləşən Tonqada yeddi bal gücündə zəlzələ qeydə alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yanaşı olaraq sunami təhlükəsi elan edilib.

Yeraltı təkanların episentri Tonqanın paytaxtı Nukualofadan 1 011 kilometr cənubda yerləşib. Şəhərdə 22,4 min insan yaşayır.

Zəlzələ ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.