“Topaz”da uduş kuponları oğurlandı

Bakıda oğurluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

Yenicag.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən tutulan Vüsal Həsənov, Vüsal Səmədov və Fuad Rəhimovun ətrafında əlavə araşdırma aparılıb.

Onların iyunun 18-də və avqustun 26-da rayon ərazisində bir kafedən 170 manat pul və “Topaz” mərc oyunları məntəqəsindən 1000 manat dəyərində lotereya, 340 manat dəyərində uduş kuponu və orada işləyən Ə. Mərhəmətə məxsus içərisində pul, mobil telefon, bankomat kartı və sənəd olan çantanı oğurladıqları da müəyyən edilib.