Mərhum aktrisa Tünzalə Əliyeva ölümündən əvvəl illərlə çalışdığı İrəvan Dövlət Azərbaycan Teatrının kollektivi və direktorundan halallıq istəyib.
Yenicag.az xəbər verir ki, bunu teatrın direktoru İftixar Piriyev efirdə deyib:
“Ömrünün son günlərində, ağır xəstə olan vaxtlarında teatra gəldi. Kollektiv yığılmışdı. Hamımızdan halallıq istədi, dedi, mənə halallıq verin. Halallıq verən də oldu, onun bu sözlərindən məyus olan, ona təsəlli verən də… Mən çox hirsləndim, dedim ki, belə sözlər danışma, səninlə qarşıda hələ çox işlər görəcəyik. O isə, ömür uzanarsa, yenə bərabər çalışarıq, amma mən halallıq istəyirəm dedi. Zorla məndən halallıq aldı. Onsuz da hər şeyin ona halal olduğunu biz vicdanımızla bilirdik. Ömrünün son aylarında daha çox çalışmaq istəyirdi. Deyirdi məni daha çox işlədin. Heç vaxt ona xəstə kimi baxılmasını xoşlamazdı. Üzərinə düşəni atıqlaması ilə yerinə yetirmək istəyirdi. Xəstə vaxtında belə pulunu halallıqla qazanmaq istəyirdi”.
Cəvahir