!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Toppuş bacı”dan daha bir ÜZÜCÜ XƏBƏR: "Ağciyər və sümükdə..." 

!Reklam – Yazi

“Toppuş bacı” kimi tanınan Əməkdar artist Tünzalə Əliyevanın xəstəliyi yenidən ağırlaşıb.

Yenicag.az xəbər verir ki, o, bu barədə “Günün sədası” proqramında danışıb.

Aktrisa sağalacağına ümidini itirmədiyini bildirib.

“Sonuncu dəfə ağciyər və sümükdə törəmələr yaranıb. Yenidən məcbur kimyaterapiya etdirdim. O ümidlə yaşayıram ki, yenidən sağalacam”.

Qızına görə bu xəstəliyə qalib gəlməyə çalışdığını deyib:

“Çalışıram bu ağırlıqları qaldırım. Hərdən ağrılar olanda üzümü örpəyimlə örtürəm. İnsan içinə çıxanda xəstəliyimi yansıtmamağa çalışıram. Mənim xəstəliyimdə onların günahı yoxdur axı. Qızım hər dəfə deyir, ana, nə vaxt saçın olacaq? Deyirəm, vitaminlər yeyəcəm olacaq”.

Qeyd edək ki, Əməkdar artist uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir.

www.yenicag.az

514
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv