Xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva işindən birdəfəlik uzaqlaşmalı olub.
Yenicag.az xəbər verir ki, bu barədə sənətçi OLAY-a onun özü məlumat verib. O bildirib ki, beynindəki şişlə əlaqəli səsini itirib, buna görə də işindən ayrılıb:
“Müalicəm evdə davam edir. Yanvarın 5-nə qədər gözləməliyik. Səsim batıb, heç vaxt açılmayacaq. Sol səs telimin siniri zədələnib. Bu xəstəliyin də müalicəsi yoxdur.
Buna görə də işimdən ayrılmağa məcbur oldum. Bir aktrisa kimi bunun nə demək olduğunu sözlə izah edə bilmərəm. Lazımi məbləği toplamağı da dayandırmışam. Çünki səsim olmadığı üçün canlı yayımda danışa bilmirəm. Dəyərli jurnalist dostlarımıza da demək istəyirəm ki, mənimlə yalnız votsap vasitəsilə əlaqə saxlayın”.
Qeyd edək ki, daha əvvəl daxili orqanlarında şiş aşkarlanan sənətçinin ötən aylarda beynində də xərçəng tapılıb.