Deməli, oxumaq belə bir məsələdir ki, oxumaq üçün sənin böyüdüyün alanda, yəni alqılarının oluşduğu, biliklər aldığın alanda sənin bir doğrun oluşur. Yəni bir doğru qəlibin ortaya çıxır.
Sənə böyüdüyün yer, o yerin insanın düşüncələri, o yerin insanının sıxıntıları, o yerin insanlarının istəkləri və diləkləri, o fikirlər, o düşüncə qəlibləri o alanda doğulan hər kəsə uyğun gəlir. Ona görə belə bir deyim var, “coğrafiya alın yazısıdır”. Yəni doğulduğun yer, əslində, sənin yaşamını bəlli edən, oluşduran bir yazqıdır. Deməli, sənin bir doğrun oluşur, sən başlayırsan yer üzündə biliklər əldə etməyə. Eyni bitiyi (kitabı) 10 nəfər oxuya bilər və hər kəs ordan öz istəyinə, diləyinə, anlayışına uyğun biliklər qavraya bilər. Yəni bir kitab hamıya eyni cür toxunmur, eyni təsir etmir, eyni düşüncə yaratmır. Hər kitabın, hər adamda yaratdığı alqı, düşüncə, qavrayış oxşar deyil, özünəbənzərdir, özəldir.
Hər bitiyin (kitabın), hər biliyin insanda yaratdığı düşüncə özəldir. Anlamalıyıq ki, çox oxuyan adamlar deyil, oxuduqlarının niyə yazıldığını anlayanlardır aydın olanlar. Və aydının önünü kəsən də, qaranlığa salan da əksinə, çox oxuyan və bu yazıları sadəcə əzbərləyən və bu yazıları sadəcə “mən oxumuşam” deyə vurğulamağa çalışan və hamının başına qaxan, əzbərlədiklərini orada-burada deyib özünü bilikli göstərməyə çalışan içi boş insanlardır. Sözümün canı odur ki, işlətmədiyiniz bilik gərəkli deyil. Yəni bilirsənsə, işlət, işlətmirsənsə, demək ki, bilmirsən. Ya da işlətmədiyin biliyi öyrənib, başını boş-boş biliklərlə doldurma. Özünə bir yön, iş, cizgi,iz seç və onunla yürüyərək insanlara o yöndə yararlı, gərəkli olmağa çalış.
Düşünürəm ki, hər bir adamın olayı, işi-gücü bu olmalıdır. Yəni sadəcə özü üçün yaşayan insanlar balaca insanlardır və toplumda onlara yer yoxdur. Belə insanların toplumda yetişməsi zaman-zaman, ara-ara baş verir və bunlar çox təhlükəli, sıxıntılı adamlar olur. Biz artıq yavaş-yavaş belə insanları yetişdirməkdən vaz keçməliyik. Get-gedə biz öz duyğularımız, düşüncələrimiz, alqı və qavrayışlarımız haqqında daha çox şey bilirik. Orta əsrlərdə cızılmış bəzi humanist, qavrayışlar, cizgilər artıq dəyişməlidir. Yəni orta əsrlərdəki kitablarda yaradılmaq istəyən insan modeli, ya da quruluşu indiki toplumda lazım deyil. Orta əsrlərdə insanlar tək idilər, Yer üzü çox boş idi, bir bölünmə gedirdi və dolayısıyla birgə yaşamaq heç də gərəkli deyildi. Bilik az idi, o alqıları yaradan insanların da bilikləri, duyğuları az idi. Gördüklərləri çox az idi. Bu gün nə qədər ağıllı oluruqsa-olaq, inanın ki, İbn Sinanın, Tolstoyun, Şeksprin ölü düşüncələrini, insan modelləmələrini hələ də yaşadırıq. Məsələn, Freydi hələ də yaşadıb, qəbul edirik və bununla yaşayırıq.
Mən hansısa birinizə Orta Əsrlərdə istehsal olunun bir geyimi, əşyanı versəm, heç biriniz bunu işlətməzsəniz. Amma onu da o dövrün ən yaxşı ustaları hazırlayıb. Amma istənilən halda çox möhtəşəm işlər ortaya qoyulsa da, bu, artıq bir keçmişdir. Və sırf keçmiş olduğu üçün dəyərlidir. Amma düşncədə bu belə deyil. Düşüncə əşya deyil. Düşüncə canlıdır. İnsanlarla birgə yaşayır, yenilənir, dönür, gəlişir. Ona görə köhnə alqılarla bu gün də yaşamaq, məncə, çox yanlışdır.
Bu gün toplumda uşaqlar ölürsə, hansısa qaynaqlar üstündə insanlar bir-birini qırırsa, bir-birinə dəyər vermədən çoxalırlarsa, sevmədən evlənib çoxalırlarsa, uşaqların qarşında daşıdıqları məsuliyyəti anlamadan çoxalırlarsa və buna görə qaynaqların üstündə insanlar bir-birilərini qırırlarsa, demək ki, bütün Yer üzündə bu günə qədər yazılmış yazıların, düşüncələrin və biliklərin hamısı elə də ideal biliklər deyil.
Məsələn, deyək ki, Freyd də çoxlu kitab oxumuşdu, özü kimi yaradıcı adamların kitablarını. Ondan sonra gələnlər də Freydi oxuyub. Sonucda ortada bir ovuc oxumuş adamlar var və bu oxumuş adamlar, fərqi yoxdur hansı ulusdandırlar, öz uluslarını işıqlandırmağa çalışırlar. Amma biz görürk ki, bütün Yer üzü çox da yaxşı işıqlandırılmayıb. Bunun da səbəbi nədir? Səbəbi odur ki, biz bax bu Orta əsrlərdəki, ya da keçmişdəki düşüncə yapılarını hələ də günümüzə daşıyırıq. Və onları əsas götürürük. Heç birimiz də demirik ki, bu Freyd müəllim dünyadakı bütün insan tiplərini öyrənə bilməyib, bu qədər eqoizm ola bilməz, insanlar artıq başqa cür düşünə bilər. Biz başa düşməliyik ki, artıq yeni bir insan növü yaranıb. Yəni Freydin dönəmində belə insan yox idi. Belə insan modeli olmadığına görə onların tanıdığı insan arıq dəyişib. Sizin neandertallarla bağlı yanaşma və düşüncələriniz sonucda homosapienslə eyni ola bilməz. Amma biz neynirik? Bizə sırınmış bəlli alqılar var, məsələn, bəzilərimiz hələ də geyminə görə insanları qəbul etdiyimizi düşünürük, bəzilərimiz isə geyimə fikir vermir. Və Qərb də guya bizə göstərməyə çalışır ki, Qərbdəki iş adamları heç də geyimə fikir vermir, önəmsəmir və s. Belə…
Bunlar çox dolaşıq duyğulardır və mən düşünürəm ki, bununla bağlı istənilən halda danışmaq, düşüncə paylaşmaq önəmlidir. Elin, Yurdun və Törən üçün yaşa!