Myanmanın şimalında torpaq sürüşməsi baş verib.
Yenicag.az xəbər verir ki, sürüşmə mədən bölgəsində qeydə alınıb. Hadisə nəticəsində azı 12 nəfər həlak olub, daha 8 nəfər xəsarət alıb.
Dağıntılar altında başqa insanların da qala biləcəyi ehtimal olunur. Hadisə yerində axtarışlar davam etdirilir.