Papua-Yeni Qvineyadakı kəndlərdə torpaq sürüşməsi nəticəsində ölənlərin sayı sürətlə artır.
Yenicag.az xəbər verir ki, Sakit okean ölkəsi olan Papua-Yeni Qvineyada 1100-dən çox evi əhatə edən sürüşmə nəticəsində ölənlərin sayının 300-dən çox olduğu təxmin edilir.
Ölkənin şimalındakı Enqa bölgəsindəki ucqar kəndləri əhatə edən təbii fəlakətdə ölənlərin sayının sürətlə arta biləcəyi bildirilib.
Ölkənin baş naziri Ceyms Marapet ordunun xilasetmə işlərində də kömək etdiyini, sürüşmə zamanı yollar bağlandığından yardım işləri helikopterlərlə həyata keçirilə biləcəyini deyib.
Hadisənin sosial şəbəkələrdə yayılan görüntülərinə görə, yerli sakinlər yardım çatışmazlığından evlərinə düşən daşları, ağacları əlləri ilə qaldırmağa çalışaraq, torpaq altında qalan yaxınlarını axtarırlar.
İsmayıl Bakuvi