Torpaqlara peyk vasitəsilə nəzarət gücləndirilir

Azərbaycanda bütün torplaqlarda baş verən yanğın hadisələrini, qanunsuz tikinti aparılmasını və digər məsələləri peykdən görmək mümkün olacaq.

Yenicag.az-ın məlumatına görə, bunu Əmlak Məsələri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, Azərbaycanda vahid torpaq fondu məlumat bazası hazırlanır:

“Ölkənin vahid torpaq fondu məlumat bazası hazır olduqdan sonra bütün dövlət qurumları bundan istifadə edəcəklər. Torpaqlara nəzarətin təkcə müfəttiş vasitəsilə deyil, gələcəkdə elektron səviyyəyə gətirilməsini istəyirik. Bununla bağlı xarici təcrübə öyrənilib, Sloveniya şirkəti ilə sənəd imzalanıb. Onlar bizim üçün bu torpaqlara peyklə nəzarətlə bağlı sistemi hazırlayacaqlar. Bununla da bütün torplaqlarda baş verən yanğın, qanunsuz tikili və digər məlumatları öyrənmək mümkün olacaq”./Trend/

COP29