“Torqovı”da YANĞIN

Bakıda mağazada yanğın başlayıb.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə paytaxtın Nizami küçəsi, 91 ünvanında qeydə alınıb.

Belə ki, həmin ünvanda yerləşən geyim mağazasında yanğın başlayıb.

Əraziyə FHN-in əməkdaşları cəlb edilib. Yanğın məhdudlaşdırılıb.

Əlavə məlumat veriləcək.