Türkiyədə “Çiftlik Bank” kimi tanınan sistemin qurucusu olduqları iddiası ilə həbs olunan “Tosuncuk” ləqəbli Mehmet Aydın və Fatih Aydının hər biri 45 min 376 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Yenicag.az xəbər verir ki, Mehmet Aydın və Fatih Aydının da olduğu 5 məhbus Anadolu 6-cı Ağır Cəza Məhkəməsində keçirilən 5 ayrı işin iclasına gətirilib.
Qeyd edək ki, Türkiyədə 100 mindən çox şəxsin dələduzluq edərək pulunu mənimsəyən Mehmet Aydın Braziliyada polisə təslim olmuşdu./Unikal/