“Total” İran bazarını rəsmən tərk etdi

Fransanın neft şirkəti “Total” rəsmi olaraq İran bazarını tərk edib.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, bu barədə İran neft naziri Bijan Zanqane məlumat verib.

“Total rəsmi olaraq “Cənub Pars-11″ yatağının işlənməsi üzrə razılaşmadan çıxdı. Şirkətin sazişdən çıxmağı elan etməsindən artıq iki aydan çox vaxt keçib”, -deyə Zanqane qeyd edib.

Nazirin sözlərinə görə, İran hazırda şirkətə əvəz axtarır.

COP29