İngiltərənin “Tottenhem” komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Yenicag.az klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi “Bournmunt”dan hücumçu Dominik Solankeni transfer edib. Onunla 6 illik müqavilə imzalanıb.
D. Solanke “Bournmunt”un heyətində 216 matçda 77 qol və 31 məhsuldar ötürmə ilə yadda qalıb.