!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tövbə və dua edin - Karantin günlərində bu üç filmə MÜTLƏQ BAXIN

!Reklam – Yazi

“Qorxunc filmlərin göstərilməsinin birmənalı əleyhinəyəm. Belə filmlər hansı məntiqlə göstərilir, onu da başa düşmürəm. “Pazı paz ilə çıxararlar” prinsipi burada işləmir”.

Tanınmış kinorejissor Rüfət Əsədov Yenicag.az-a açıqlamasında son günlər teleməkanda koronavirusla bağlı qorxunc filmlərin nümayişinə münasibət bildirərkən belə deyib.

Rejissor bu cür filmlərin insanlara mənfi təsirini qeyd edib:

“Psixoloq deyiləm, amma bir faktdır ki, belə filmlər həssas, xüsusən də yaşlı insanların psixologiyasına pis təsir edir, bunun şahidi olmuşam”.

Maraqlıdır, rejissor belə həssas dönəmdə insanlara hansı filmərə baxmağı məsləhət görür?

R.Əsədov bunun zövqə bağlı olduğunu deyib:

“Hansı filmlərə baxmaq məsələsinə gəlincə, insanların zövqləri müxtəlifdir. Burada məsləhət vermək çətindir. İncəsənət onsuz da heç vaxt heç bir problemi həll etməyib, sadəcə müvəqqəti olsa da problemlərdən uzaqlaşdırıb. Ağıl vermək istəmirəm. Düşünürəm ki, həyatın mənası haqqında düşünmək üçün yaxşı fürsətdir. Bəlkə də belə mövzulu filmlərə baxmaq lazımdır”.

Rejissor baxılması gərəkən üç filmin adını da çəkib:

“Niyəsini izah edə bilməyəcəm, amma bu filmlərə baxmağa dəyər: Gürcü rejissoru Tengiz Abuladzenin trilogiyası, özüm də tez-tez baxıram: “Древо желания”. Dəqiq tərcüməsini bilmirəm: “İstək ağacı” yaxud da “Arzu ağacı”, “Мольба” – “Dua” və “Покаяния” – “Tövbə”.

Cəvahir

www.yenicag.az

765
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv