!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tövlə uçdu, 140 baş qoyun tələf oldu - Şəmkirdə

!Reklam – Yazi

Şəmkirdə fərdi təsərrüfatda tövlənin dağılması nəticəsində xeyli sayda xırda buynuzlu heyvan tələf olub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Abbaslı kəndində baş verib.

Arzu Məmmədova məxsus tövlənin dağılması nəticəsində 140 başa yaxın qoyun tələf olub. Təsərrüfat sahibinin sözlərinə görə, bir müddət əvvəl baş verən zəlzələ nəticəsində tövlənin divarlarında çatlar əmələ gəlibmiş. Son günlər yağan güclü yağış nəticəsində isə köhnə tövlənin torpaqdan ibarət damı uçub. Həmin vaxt içəridə 300 qoyun olub.

Hadisə baş verdikdən sonra heyvanları dağıntılar altından çıxarmaq üçün qohum və qonşular köməyə gəlib və 160 baş xırda buynuzlu heyvanı dağıntılar altından çıxarıblar. Şəmkir rayon Baytarlıq İdarəsi isə vətəndaşların çağırışına müvafiq reaksiya verib və zəruri tədbirlər görülüb. Ərazidə dezinfeksiya işləri aparılıb, xəsarət alan heyvanlara yardım olunub. Ölən heyvanların xüsusi qazılmış çalalarda basdırılması işləri də baytarların nəzarəti altında aparılır.

www.yenicag.az

1671
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv