Tövlə yandı, 1 ton ot bağlaması kül oldu

Biləsuvar rayonunun Yuxarı Ağalı kəndində ümumi sahəsi 260 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə, taxta konstruksiyalardan ibarət arakəsmə divarları 100 m² sahədə və içərisinə yığılan 1,2 ton ot bağlamasının 0,8 tonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.