Tovuz rayonunda 39 yaşlı yerli sakinin boğazı kəsilib.
Yeniçağ.Az-ın Report-a istinadən məlumatına görə, hadisə axşam saatlarında mərkəzi bazarın yaxınlığında baş verib.
Rayon sakini, 1978-ci il təvəllüdlü Məmmədov Samir Məmməd oğlu boğazı bıçaqla kəsilmiş halda Tovuz Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Yaralı dərhal həkimlər tərəfindən əməliyyat olunub. Hazırda xəstənin vəziyyəti ağırdır. Yaralını gətirənlərin sözlərinə görə o, özü-özünə xəsarət yetirib.
Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.
Yeniçağ.Az