Tovuz rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Yenicag.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yanvarın 4-də Tovuz rayonunun Balaşamlıq kəndində rayon sakini Əhməd Məmmədov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən ayaq nahiyəsindən xəsarət alıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Tovuz RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb.
Araşdırma aparılır.