Ads by Google

hightechnic
Ads by Google

15682648_844186695724635_1344088705_nTovuzda saxta əskinazlarla mağazalardan alış-veriş edən şəxs saxlanılıb.

Yenicag.az xəbər verir ki, polisin keçirdiyi əməliyyat nəticəsində rayonun Böyük Qışlaq kənd sakini 25 yaşlı Namiq Bayramov əldə etdiyi 5 ədəd 100 manalıq saxta əskinazları dövriyyəyə buraxmağa çalışarkən saxlanılıb.

Hadisə Tovuzdakı mağazaların birində baş verib. Aldığı pulun saxta olduğunu sonradan anlayan sahibkar isə dərhal rayon polisini məlumatlandırıb. Aparılan əməliyyat-axtarış işlərinin ardından Böyük Qışlaq kənd sakini Namiq Bayramov şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərindən qanunsuz yollarla çap olunan 4 ədəd saxta 100 manatlıq əskinazlar götürülüb. Aparılıan ilkin dindirilmədən sonra Namiq bayramov etdiyi cinayəti etiraf edib. Bildirib ki, əldə etdiyi saxta pulları işlədiyi müəssisənin sahibindən əməkhaqqı şəklində alıb və əskinazların qanunsuz olduğundan xəbərsizdir. Hazırda faktla bağlı Tovuz Rayon Polis şöbəsində istintaq aparılır. Cinayətdə başqa şəxslərin də iştirakı, saxta əskinazların hansı şəraitdə və kimlər tərəfindən çap olunması araşdırılır.

Qeyd edək ki, şübhəli şəxs kimi nəzarətə götürülən Namiq Bayramovun əvvəllər cinayət tərkibli əməli olmayıb.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 113
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."