Tovuz sakinini cərəyan vurub öldürdü

Tovuz rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Yenicag.az-ın məlumatına görə, hadisə Dönük Qırıqlı kəndində baş verib. Rayonun Dondar Quşcu kənd sakini İmanov Məzahir Qədir oğlunu elektrik cərəyanı vurub. Nəticədə o hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.